Özbəkistan Kinematoqrafiya Agentliyi MDB ölkələri kinostudiyalarının birləşdirilməsini təmin edən mexanizmin hazırlanmasını təklif edib.
Bu barədə dekabrın 22-də Podrobno İA xəbər verib.
Nəşrin xəbər verdiyi kimi, bəyanat Agentliyin Baş direktoru Firdavs Abduxalikovun dilindən səslənib - MDB ölkələri və Gürcüstan kinostudiyaları direktorlar şurasının iclasının açılışından əvvəl. İclas bugünlərdə Daşkənddə keçirilir.
Onun sözlərinə görə, şuranın başlıca məqsədi son 30 ildə səpələnmiş MDB kinostudiyalarının birləşdirilməsindən ibarətdir.
«Son 30 ildə kinematoqrafiya sahəsi tənəzzülə doğru gedib. Minskdə festivalda özbək nümayəndə heyəti MDB kinostudiyalarının birləşdirilməsi mexanizminin işlənməsi təklifini irəli sürüb. Belə birlik bizə yaradıcılıq və texniki dəstək olar, təcrübə mübadiləsini sürətləndirər, bizim imkanlarımızı genişləndirər və birgə filmlərin yaradılmasına imkan verərdi» - Abduxalikov deyib.
O, əlavə edib ki, indi fasiləsiz mexanizm hazırlamaq lazımdır, yalnız o vaxt yox ki, buna ehtiyac yaranır.
"Şuranın statusu və forması Daşkənd görüşünün əsas mövzusu olacaq. Şura çərçivəsində həm də kinostudiyaların nümayəndələrinin iştirakı ilə görüşlər, dəyirmi masalar keçiriləcək. Birgə layihələrin müzakirəsi təşkil olunacaq. Əməkdaşlığın vahid yol xəritəsinin layihəsi işlərib hazırlanacaq. Bundan başqa, koproduksion filmlərirn layihələri təqdim olunacaq» - Firdavs Abduxalikov qeyd edib.
AzPolitika.info


Şərhlər
TƏKLİFİN TƏPƏNƏ. TƏPƏN DƏ TƏKLİFİNƏ DƏYSİN. DƏRHAL MƏLUM OLUR Kİ, ADAM RUS GİROVUDUR.VAXTİLƏ MOSKVA MƏHZ, KİNEMOTOQRAFİYA İLƏ BÜTÜN 15 RESPUBLİKAYA İDEOLOJİ BAXIMDAN NƏZARƏT EDİRDİ. KREML YAXŞI BİLİR Kİ, BÜTÜN MDB ÖLKƏLƏRİNDƏ KİNO İSTEHSALI ÖLÜ NÖQTƏYƏ GƏLİB. BU SAHƏNİ AZACIQ DİRÇƏLTMƏKLƏ AC İNCƏSƏNƏT ADAMLARINI RUSİYANIN AĞUŞUNA DOĞRU ŞİRNİKLƏNDİRMƏK MÜMKÜNDÜR. GÖRÜNƏN ODUR Kİ, İMPERİYA İDDİASINDA İSRARLI OLAN PUTİN RUSİYASI ƏNƏNƏVİ METODLARINDAN İSTİFADƏ EDƏRƏK HANSISA ÇİRKLİ KOMPRAMATLARI İLƏ YAXALANMIŞ AXMAQ VƏ GERİZƏKALI BİRİNİ ƏLƏ KEÇİRİB SÖZÜNÜİ ONUN DİLİ İLƏ DEYİR.