Menu

Almaniyada yaşayan azərbaycanlılar mitinq keçirib

29.10.2014, 19:58
Almaniyada yaşayan azərbaycanlılar mitinq keçirib

Oktyabrın 29-da Almaniyadakı Azərbaycan diasporu Berlində - Reyxstaqın qarşısında etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Media forum” saytına verilən məlumata görə, təxminən iki saat davam edən mitinqdə Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş 300-dən artıq soydaşımız iştirak edib.

Əllərində Azərbaycan, Türkiyə bayraqları və müxtəlif plakatlar tutan aksiya iştirakçıları beynəlxalq aləmdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi, XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biri Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər.

Mitinq zamanı yerli sakinlərə alman və ingilis dillərində Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin əks olunduğu vərəqələr paylanıb.

Mitinq Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Berlin Azərbaycan Evi, Bielefelddəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Drezdendəki Almaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Aksiyada Almaniyada yaşayan Anadolu türkləri də iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol