Xəbər verildiyi kimi ötən gün Ali Məhkəmə ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi Akif Çovdarovun şikayətinə baxıb. Şikayətə əsasən Çovdarov ona bəraət verilməsini və məhkəmə hökmü ilə müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyirdi. Və Ali Məhkəmə bu şikayəti qismən təmin edib-işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Bu isə o mənanı verə bilər ki, Ali Məhkəmədə Çovdarovun barəsində 2017-ci ildə çıxarılmış məhkəmə hökmünün ədalətli olmasına ən azından şübhə yaranıb və indi keçmiş MTN generalı qan və gözyaşları hesabına, qarət yolu ilə topladığı sərvəti geri qaytarmaq uğrunda mübarizəsinə Bakı Apellyasiya Məhkəməsində davam edə bilər. Axı o həmin sərvəti tamamilə qanuni yolla əldə etdiyinə əmindir, üstəlik özünü tam günahsız sayır və barəsində hətta bəraət hökmü çıxarılmasını istəyir.

Çovdarovun çoxsaylı mülklərindən biri...
Çovdarovun müsadirə edilmiş əmlakının ümumi dəyəri isə 33 milyon manata yaxın idi. Hərçənd bu da MTN generalının topladığı əmlakın hamısı deyildi, böyük ehtimalla onun mülklərinin və obyektlərinin bir qismi istintaqın diqqətindən kənarda qalmışdı. Üstəlik məhkəmə Çovdarovun özünün və ailə üzvlərinin yaşadığı evləri müsadirə etməməyi qərara almışdı, onları sahiblərinə geri qaytarmışdı.
Çovdarovun əmlak üzərinə həbs qoyulması barədə qərarları 13 məhkəmə - Nəsimi, Səbail, Binəqədi, Xətai, Nərimanov, Nizami, Yasamal, Sabunçu, Qəbələ, Kürdəmir, Xızı, Abşeron və Şamaxı rayon məhkəmələri çıxarmışdı. A.Çovdarovun həbsdəki ən dəyərli əmlakı Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanındakı meyvə-tərəvəz bazarı (xalq arasında “Vasmoy bazarı” kimi tanınır,-red.) sayılır. Həmin bazarın 8 milyon 100 min manat dəyərində olduğu qeyd edilir.

Digər əmlaklar Xətai rayonundakı mənzil, Binəqədidəki torpaq sahələri, Yasamaldakı 250 kvadratmetrlik qeyri-yaşayış sahəsi, Xətaidəki 147.4 kvadrat metr sahəyə malik mənzil, Badamdar qəsəbəsindəki 9.96 sot torpaq sahəsi, onun üzərindəki fərdi yaşayış evidir. Bundan başqa, sabiq generalın Nəsimi, Abşeron (Saray və Novxanı qəsəbələri), Xızı, Qəbələ, Şamaxı, Kürdəmir rayonlarındakı torpaq sahələrinin, mənzillərin, yaşayış evlərinin üzərinə də məhkəmə qərarları ilə həbs qoyulmuşdu.
Akif Çovdarovun ən dəyərli aktivi hesab edilən “Vasmoy bazarı”nın MTN bandası tərəfindən necə ələ keçirildiyi barədə o zaman mətbuatda geniş yazılıb. Həmin bazar bir vaxtlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həmyerliləri olan Cəfərov qardaşlarının əlindən alınmışdı, yaxud qarət edilmişdi. Bazarın səhmləri digər MTN generalı Hilal Əsədovla Akif Çovdarovun adamları arasında bölüşdürülmüşdü.

Qeyd edək ki, Akif Çovdarov həbsdə olsa da onun müsadirədən kənarda qalan çoxsaylı biznes obyektləri işləməkdə, milyonlarla manat gəlir gətirməkdə idi. MTN generalının oğlu və digər yaxınları isə heç nə olmamış kimi öz bizneslərinə davam edirdilər. Nəhayət 2020-ci ildə Çovdarov “koronavirus əfvi” sayəsində azadlığa çıxdı və öz şad-xürrəm həyatına yenidən başladı. Baxmayaraq ki, həbsdə olarkən vəkilləri onun “hər an ölə biləcəyi, səhhətinin çox ağır olduğu” barədə davamlı hay-küy qaldırırdılar.
Virtualaz.org xəbər verir ki, 2015-ci ildə həbs edilən Çovdarov aşağıdakı maddələrlə ittiham olunurdu:
-Maddə 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda),
-Maddə 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə),
-Maddə 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə),
-Maddə 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ),
-Maddə 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə),
-Maddə 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma),
-Maddə 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə),
-Maddə 313 (Vəzifə saxtakarlığı),
-Maddə 341.2.1, 341.2.2 və 341.2.3-cü bəndlər (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda)
Məhkəmə onu bu maddələrin böyük əksəriyyəti üzrə təqsirli bilmişdi və 12 il həbs cəzası vermişdi. İndi isə ola bilsin Çovdarovu hətta dissident elan edə bilərlər, kim bilir ...

Şərhlər
Ты молодец, косой !
mrtamorfoza
Vasmoy bazarı”nın MTN bandası tərəfindən necə ələ keçirildiyi barədə o zaman mətbuatda geniş yazılıb. Həmin bazar bir vaxtlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həmyerliləri olan Cəfərov qardaşlarının əlindən alınmışdı, yaxud qarət edilmişdi.Cefer Seferov Hilal Esedov ve Akif covdarov Qulu seferov el birdiler nece elde edib hansi cinayet yolu ile esil sahibi Cingiz Esedovdur xahiw edirem pressya numayendesi deqiq arasdirin bu isi vasmoy naxcivaski 50-52 nomreli binalarda yasayan qosunlardan soruwun indiye kimi bililer Cingiz Esedovunu basina cefer seferovlar ferhad eliyevin adamlari ne oyunlar aciblar
Bunlara eger qanun güz c göstermese Xalq özü güc gösterecek.Bu ele de çetin iş deyil.Ya Allah deyib bınlara bir “Тиречский Паз» и Все.Her kes öz layiq olduğu mekanda olacaq.
Beş günlük dünyada Kişi kimi yaşamağın bir yolu var:Kişi kimi Etiraf etmek ,onsuz da Hamımız ölmeye Mehkımuq..
Görəsən məhkəmə Çovdarovun vəzifəsində qalsaydı bu vaxta qədər General leytenant rütbəsi daşımalı olduğun məhkəmə nəzərə alacaqmı?
Halal olsun sənə sən neyləmişdin ki qayda qanunla Azərbaycan xas olan yolla sərvət qazanmısan.
Belə işlər tək Azərbaycanda ola bilər.o zaman onu mühakimə edən hakimlər həbs olunmalıdırlar.
bu göygöz kosa xalqın dərisinə saman təpib əmlakını ,pulunu mənimsəyib,indi də həmin pulların bir hissəsi ilə məhkəmələri ələ alıb onları leqalaşdırmaq arzusuna düşüb,bunu edəcəksə onu edənlər ikiqat cani olacaqlar
malades!
Mende Mamed müəllimin fikirləriylə tam razıyam, Çovdarov müəllimin həbsdə olduğu vaxt erzinde elde edə bileceyi gelirler 100 ə vurularaq zerer çekmişə ödenilsin en yüksək orden medallarla təltif olunsun. Fəxri vetendaş adı da verilsə haqq edalet qismen temin olunar
Mamed müellimin teklifi mütleq nezere alınmalıdır,gözel teklifdir.Ancaq bir şey nezerden qaçırılıb.Bunların ki Dövlet ve Millet qarşısında nu qeder “danılmaz xidmetleri” olub,bunlar bir nefer kimi evvelki vezifelerine qaytarılmalı,bezilerinin vezifeleri böyüdülmeli ve haöısı yüksek dövlet mükafatlarına teqdim olunmalıdır yoxsa Edalet ve Haqq nerqerat olmaz.
Bu yazilarin menasi ne ? ne demek isteyirsiz millete ?Ayibdi axi ,,,, hem ôzunûzû , hemde milleti tehqir edirsiz axi , He yoxsa yox ?
daha demeye soz tapmiram-dehsetdir
malades!
Təklif edirəm ki, dövlət ona kompensasiya olaraq əlavə əmlak və bahalı torpaq sahələri də versin. Pulları da sahibkarlardan alsınlar. Ona bəraət verənlər də mükafatlandırılsın. Əmlaklarını itirənlər, qanunsuz həbə salınanlar da türməyə salınsın və qalan əmlakları alınıb Çovdarova verilsin.