Menu

Bu il xaricdə təhsil almış 726 nəfərə mənfi cavab verilib

23.12.2021, 11:52
Bu il xaricdə təhsil almış 726 nəfərə mənfi cavab verilib

Bu il ərzində xaricdə təhsil almış 2278 şəxsin diplomu tanınıb, 726 nəfərə mənfi cavab verilib.

"Report"un xəbərinə görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə deyib.

O, bu il diplomların tanınması ilə bağlı quruma 3 004 müraciətin daxil olduğunu söyləyib.

E.Orucovun sözlərinə görə, müraciətlərdən 76%-nə (2278) müsbət, 24 %-nə (726) isə mənfi cavab verilib: "Diplomların tanınması ilə bağlı ortalama müddət bu il 3 dəfə aşağı düşüb. Belə ki, 2018-ci ildə baxılma müddəti 50 gün, 2019-cu ildə 40 gün, 2020-ci ildə 43, bu il isə 18 gün olub".

Şərhlər

Dəxi 2021-12-23 12:27:58

Azərbaycan ovuc içi kimi bir ölkədir! 24% abiturientlərimizi naməlum təhsil müəssisələrinə kimlər istiqamətləndirib?

Telman 2021-12-23 11:57:51

Xaricde oxuyanin agli yoxdur eger Azerbaycana gayidirsa

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol