“BAHALAŞMANI HİSS ETMİRƏM...” – Misir Mərdanov hələ də “başqa aləmdə” yaşayır

“Səmimi deyim ki, bahalaşmanı hiss etmirəm. Gedirəm nə alıramsa, torbalara qoyurlar, qiymətini çekə yazırlar, pulunu hesablayırlar, mən də verirəm. Bəlkə də bahalaşma var e, demirəm ki, yoxdur. Bəlkə də aldığım məvacib yüksəkdir deyə, mən bahalaşmanı hiss etmirəm. Eşidirəm ki, camaat deyir, hər şey bahalaşır. Ancaq öz üzərimdə açığını deyim ki, hiss etmirəm”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanov “Qafqazinfo”-ya müsahibəsində deyib.

Sabiq nazir bu fikri ilə bir daha Azərbaycandakı yüksək vəzifəli məmurların hər cəhətdən tamamilə başqa bir aləmdə - “yağ-bal içərisində”, əhalinin real güzəranından, problemlərindən, dərdlərindən bixəbər yaşadıqlarını təsdiqləmiş olur. Həm də təsdiqləmiş olur ki, iri vəzifəli məmur qətiyyən quru maaşla dolanmayıb, dolanmır və dolanmayacaq da. Belə olmasaydı, hazırda institut direktoru maaşı Misir Mərdanova mütləq bahalaşmanı hiss etdirərdi. Çünki ən yaxşı halda 1500-2000 manat olan bu əməkhaqqı bazar-dükandakı günbəgün, saatbasaat artan qiymətlərin qarşısında qətiyyən tab gətirə bilməzdi. Xüsusilə də nəzərə alsaq ki, Mərdanov uzun illər nazir həyatı yaşayıb və bu həyat tərzini dəyişmək elə də asan deyil...

Heç kimə sirr deyil ki, təhsil naziri vəzifəsində işlədiyi 15 ildə Misir Mərdanov “bünövrəsini” yaxşıca tutub. Təhsil o vaxt-bu vaxt yetim, ac-yalavac vəziyyətinə salınsa da, əsas odur ki, Misir müəllimin, necə deyərlər, varına var, puluna pul, obyektinə obyekt, bir sözlə, kefinə kef çatmayıb. Belədə, əlbəttə ki, kasıb-kusub hər qəpiyin hesabını aparmaq məcburiyyətində qalanda, ailəsini yarı ac – yarı tox saxlayanda, ölkənin ən korrupsiyalaşmış sektoruna rəhbərlik etmiş Mərdanov kimilər də nə bahalşma, nə ehtiyac, nə də qıtlıq hiss edəcəklər...

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Cavad 2021-12-27 15:53:03

Öyrənən adam vrdişini tərgitməz!Uzun illər deputat seçimində,icra başçıları və digər təyinatlarda qazandığının hesabımı bikməyən indu AMEA-da dürüst işləyəcək? bdal olmayın.O pul çıxarmaq yerlərini bilir.Sadəcə onu idarəçilikdən uzaqlaşdırnaq lazım idi ki, bunu da etmədilər.İndi nəticə belədir.

Alamaniyalı 2021-12-26 23:43:03

görəsən, Misir Mərdanovla onun yerlisi, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovu nə birləşdirir...

Həsən 2021-12-24 20:19:46

Gönü və piyi qalınlar adətən heç nə hiss eləmir. Gönün qalındır və həm də görünür puyindən də ya almayıblar ya da az alıblar. Yekə adamsan. Özünü bu yaşdan sonra bambılı kimi aparma.

TT 2021-12-24 00:23:29

Allah millete sebr versin )

Azer 2021-12-23 23:36:43

Hiss etmek üçün insanlıq, hissiyyat,vicdan olmalıdır.

t.ədalət 2021-12-23 21:10:11

Misir Mərdanovun mənimsədiyi pullar hələ yüz il sonra belə tükənməyəcək.Fazil Məmmədov kimi o qədər talayıb ki,qurtaran deyil...

Cəmil 2021-12-23 21:02:13

Yuxarıdan aşağı düş,Mərdan müəllim!Ölkəyə mənfəət verməyən..havayı maaşla,.rüşvətlə.yaşayan adam əlbəttə bahalaşmanı hiss etməz.Bunun səbəbi YAP-dır!

İ.Mustafaoğlu 2021-12-23 20:54:19

Misir Mərdanov sözün düzünü deyib və bu sözdən nəticə çıxartmaq lazımdır. Belə ki, Misir müəllim 2500 manatdan yüksək aylıq pensiya alır və bundan başqa İnstitut direktorudr , aylıq əmək haqqısı 2000 manatdır, rüşvəti demirəm. Yalnız özü pensiya ilə aylıq əmək haqqısı 5000 manata yaxın cibinə pul girir. Əlbəttə düz deyir bazarlarda qiymətin qaxması belə adamlara heç bir mənfi təsiri yoxdur.

Vətəndaş 2021-12-23 20:27:32

Sözün bitdiyi yerdir. Bu dırnaqarası " alimə" bir söz demək olar. AYIBDIR

əlil 2021-12-23 19:49:27

mən artıq əlilliyim kəsiləndən şor əvəzinə qatıq yeyirəm! Bunun kimilərin pulu çoxdur. Pulun çoxdur kasıba əl tut. Yetim-yesirə kömək elə. Oğradıqlarını öz xalqınla bölüş!

Mubariz 2021-12-23 18:22:00

Ay Cəlal yaşdı kişidir ,qoy gedib bazarlığını etsin ,öz aramızdır ,Nazir olanda da yaxşı bazarlıq ediri ,fərasətli qocadır

Ramo 2021-12-23 18:12:57

Bu adamın danışdıqlarına nə münasibət bildirəsən, nə isə...

Oxucu 2021-12-23 18:12:03

Elmlər Akademiyasında institut direktorları hər dörd ildən bir institut əməkdaşları tərəfindən gizli səsvermə ilə seçilməlidirlər. Akademiyanın Rəyasət Heyəti əvəzinə institut direktorlarından ibarət Direktorlar Şurası təyin edilməli və Şuranın sədri gizli səsvermə ilə seçilməlidir. Akademiyanın Rəyasət heyəti ləğv edilməlidir. Elmlə əlaqəsi olmayan, çirkli yollarla akademik olmuş biznesmenlərdən ibarət Rəyasət Heyəti Azərbaycan büdcəsinə əlavə yükdür. Bu işlər görülsə Misir direktor olmayacaq, ola bilsin bahalaşmanı görsün, amma yığdıqları bahalaşmanı hiss etməyə imkan verməyəcək.

BAKILI 2021-12-23 17:57:14

Aldigin yursek mevacib yox vaxtile aldigin yusek ruwvet onu desen duz olar

Alim 2021-12-23 17:52:15

Əla yaşayırlar. Elmlər Akademiyasından da cib xərcliyi düzəldirlər. Təmirə, şişirdilmiş qiymətlərlə avadanlıq almağa pul silirlər. Sadə alim səsini çıxara bilmir. İnstitutların qapılarında turniketlər qoyublar. Hünərin var yuban və ya işə gəlmə. O dəqiqə alimin maaşını kəsirlər. Alimləri sıxıb onlardan pul qoparan tabelşiçalar günü-gündən yoğunlayırlar. Yaxşı ki, turniketlə kifayətləniblər, alimlər üçün işgəncə otaqları düzəltməyiblər. Bir azdan yətqin ki, bu da olacaq. Misirlər, Əlilər, Rasimlər, İsalar və başqa bunlara bənzərlər Akademiyada keyf edirlər.

Veten dashi 2021-12-23 17:50:45

Neylərdin İlahi...Mirzə Ələkbər Sabirə allah qəni-qəni rəhmət eləsin

Niyaməddin 2021-12-23 17:27:19

Bu artıq xalqla məzələnmək deməkdir. Buna dur deyən lazımdır. Sırtıqlığın da bir həddi olmalıdır. Allah bunların belini qırsın.

Roma 2021-12-23 17:19:54

Misir müəllimə təcili kömək edərik, bahalaşmanı hiss eləsə, eləməsə heç...

tapdiq 2021-12-23 16:49:02

gozel yazidir- azpolitikaya tesekkurler

Islam 2021-12-23 16:45:48

-----------

Asif 2021-12-23 16:38:54

niyede hiss edesenki sorgu sual eden yox hesabat isdeyen yox.haqqimiza dusenleri, yigdiqlarivi bank adiynan menim kimi beli bukulen cavanlara kredit adiynan girdirib her ay zulumnen qazandigimiz 3 5 manatin yarisindan coxunuda kole faizleriynen elimizden alib kayfda yasayirsiniz.

RT 2021-12-23 16:37:45

yiqdiqni yiqdindaaa sene ne ferqi ? novxanida baqda oturub cirda xirda ye !!! nush olsun . Allah bilen meslehet,

Son yazılar