Menu

AZƏRBAYCAN FRANSAYA NOTA VERDİ - Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edildi

23.12.2021, 17:07
AZƏRBAYCAN FRANSAYA NOTA VERDİ - Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edildi

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabr 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır.

Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa Səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.

Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib. Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan olunub.

Şərhlər

İlham 2021-12-24 17:11:57

Azərbaycan Fransaya niyə nota verir ki? Nota Rusoyaya verilməlidir ki, hansı əsasla onun Laçın dəhlizinə nəzarət edən ordusu əcnəbi vətəndaşları Qarabağa buraxıb? Bu daha doğru olardı.Əgər onlar bunu etsə isilər Fransızlar Qarabağa gələ bilməzdu və hüç proqramlarında da bu omazdı. Hər şeyə diğru baxmaq gərəkdir.

Афиг 2021-12-23 21:12:41

Notanı Rusiyaya vermək lazımdır yazırsınız,bizim qorxaqlar bunu bəyəm bilmirlər?bilirlər amma dovşan kimi qorxularından gizlənirlər

korrektor 2021-12-23 20:03:29

Laçın dəhlizini nəzarətə alın! Görün necə yumşalacaqlar!

Bakılı 2021-12-23 18:32:27

Notanı rusiyaya vermək lazımdır, o şarlottanı oraya buraxan kimlərdir, səyməramlılar

vətəndaş 2021-12-23 17:29:52

Siz gedin fransada kilsələri temir edin

asif 2021-12-23 17:19:51

bu fransanin qanayan bir yara yeri yoxdur?adekvst hereketler ni,e atilmir

AI-95 2021-12-23 17:18:56

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili nə deyib bəs? Ölüb yerə girib eləmi?
Ürəyində 100 % deyib ki, sizin torpaq olsaydı sizdə olardı...

Roma 2021-12-23 17:16:33

Bax belə!!! Ancaq sərt təpki göstərilməlidir...Alqışlayıram XİN-nin bu Qərarını...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol