“BİZƏ ZƏMANƏT VERMƏLİSİNİZ! YUBANMADAN! İNDİ!” – Putin Qərbi hədələyib

Prezident Vladimir Putin Qərbdən tələb edir ki, Rusiyaya dərhal təhlükəsizlik təminatı versin. 

O, ayın əvvəlində Rusiya rəsmilərinin açıqladığı tələblər siyahısına istinad edib.

“Siz bizə zəmanət verməlisiz. Siz! Və yubanmadan! İndi!” – Putin “Sky News” müxbirinin sualına cavabında deyib.

Prezident Birləşmiş Ştatların Rusiya ilə sərhədə guya raket sistemləri yerləşdirməsi haqda Kremlin daha öncəki iddialarını bir daha dilə gətirib. Son illər ABŞ NATO müttəfiqləri Rumıniya və Polşa ərazisinə raket əleyhinə “Aegis Ashore” sistemləri yerləşdirib. Vaşinqton bu sistemlərin Avropanı İranın raketlərindən qorumaq üçün gərəkdiyini, Rusiyanın arselanına qarşı təsirli olmadığını vurğulayıb.

“ABŞ sərhədləri yaxınlığına bizmi raket yerləşdirmişik? Xeyr. Bizim evimizə, evimizin kandarına gələn ABŞ raketləridir… Bu, qeyri-adi tələbdir? Evimizin yanına daha hücum sistemi yerləşdirməmək? Burda qeyri-adi nə var?” – Putin bildirib.

Rusiyanın ABŞ, ola bilsin digər Qərb müttəfiqləri arasında gözlənən danışıqlara gəlincə, Putin bu haqda müsbət danışıb. “Müsbət reaksiya görmüşük. ABŞ-dan tərəfdaşlarımız bizə dedilər ki, müzakirəyə, bu danışıqlara gələn ilin əvvəlində hazırdılar”, – o deyib.

Putin Ukraynaya qarşı keçmiş ittihamları bir daha səsləndirib, Kiyevin şərq regionlarına yeni hərbi hücuma hazırlaşdığını söyləyib. “İndi bizə elə hey müharibə, müharibə, müharibə deyirlər. Görünür, Donbasda yeni bir əməliyyata hazırlaşırlar, bizi yollarına çıxmamağa çağırırlar, yoxsa sanksiya olacaq”, – deyən Putin Qərbi Ukraynanı silahlandırmaqla, əhalinin beynini yumaqla bu ölkədə anti-Rusiya əhval-ruhiyyəsi yaratmaqda suçlayıb.

“Biz Ukrayna ilə yaxşı qonşuluq əlaqələri yaratmaq üçün əlimizdən gələni edirik. Amma indiki rəhbərliklə bunu etmək mümkün deyil. Ukraynada bizimlə işləmək istəyənlər təzyiqlə üzləşir, hətta öldürülür”, – Putin deyib.

"AzPolitika.info"

635x100

Şərhlər

Niyaməddin 2021-12-24 15:06:35

Sənə və sənin kimilərinə zəmanət yox, alnınızın tən ortasından dəmir yumruq lazımdır. Bundan sonra millətlər, dövlətlər rahat nəfəs ala bilər.

Niyaməddin 2021-12-24 15:02:25

Allah rusiyanın da, bütün imperialist qüvvələrin də tezliklə bəlasını versin. Onlar millətləri, dövlətləri zəlil günə qoyublar. Allah zalımların belini qırsın!

Omar 2021-12-24 10:03:14

Allah Rusiyanın başını elə qatsın ki,Azərbaycanı da,Qarabağı da yaddan çıxarsın.Bircə Rusiya Federasiyası dağılsaydı,MDB ölkələri azadlığa çıxardı.

Son yazılar