Menu

Bakıda sərnişin avtobusu piyadanı vuraraq xəsarət yetirib

24.12.2021, 08:58
Bakıda sərnişin avtobusu piyadanı vuraraq xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 57 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Əliyeva Səbinə Firudin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol