Menu

Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşdə Azərbaycandan kimlər iştirak edib? - ADLAR

24.12.2021, 18:55
Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşdə Azərbaycandan kimlər iştirak edib? - ADLAR

Moskvada Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin tərkibi məlum olub.

Diplomatik mənbədən APA-nın Moskva müxbirinə verilən məlumata görə, dekabrın 23 və 24-də Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

Qeyd edək ki, TASS 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə dekabrın 23-24-də Moskvada Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşünün keçirildiyi barədə məlumat yayıb.

Şərhlər

t.ədalət 2021-12-24 21:10:30

Bu,çox pis bir hadisədir...

Vahid 2021-12-24 20:04:53

Bu şexsler Azerbaycani yox,Rusiyani temsil edirler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol