Menu

Dünya aviaşirkətləri Milad ərəfəsində 2 mindən çox reysi ləğv edib

24.12.2021, 21:49
Dünya aviaşirkətləri Milad ərəfəsində 2 mindən çox reysi ləğv edib

Dünya aviaşirkətləri COVID-19 pandemiyası ilə bağlı Milad bayramı ərəfəsində 2 028 reysi ləğv edib. “Report” xəbər verir ki, bu barədə TASS məlumat verib.

Qeyd olunub ki, ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “United Airlines” koronavirusun “omikron” ştamının yayılması və COVID-19-a yoluxma hallarının artması nəticəsində yaranan kadr çatışmazlığı səbəbindən təxminən 120 reysi ləğv edib.

Eyni səbəbdən ABŞ-ın “Delta” aviaşirkəti də dekabrın 23-də 90-a yaxın reysin ləğv edildiyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol