Menu

Avropanın daha bir ölkəsində "omikron" ştamına yoluxma aşkarlanıb

25.12.2021, 09:20
Avropanın daha bir ölkəsində "omikron" ştamına yoluxma aşkarlanıb

Şimali Makedoniyada koronavirusun "omikron" ştamına ilk yoluxma halı aşkarlanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Skopyedəki özəl klinikalardan birində aparılan analizlər nəticəsində Böyük Britaniyadan gələn şəxsdə “omikron” ştamı qeydə alınıb.

Xəstə 2021-ci ilin yanvarında simptomsuz koronavirusa yoluxub. Bundan sonra o, iki doza "Pfizer" peyvəndi qəbul edib. İki gün əvvəl o, testdən keçib və "omikron" ştamı aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol