Menu

II Yelizavetanın Miladı qeyd etdiyi qəsrə silahlı şəxs daxil olub

25.12.2021, 21:39
II Yelizavetanın Miladı qeyd etdiyi qəsrə silahlı şəxs daxil olub

Polis əməkdaşları hazırda Böyük Britaniya kraliçası II Yelizavetanın Milad bayramını qeyd etdiyi Vindzor qəsri ərazisinə soxulmuş silahlı şəxsi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Britaniya polisinin saytında məlumat verilib.

Qeyd olunub ki, 19 yaşlı şəxs mühafizə olunan əraziyə silahla girmək ittihamı ilə saxlanılıb.

O, Vindzor qəsri ərazisinə daxil olub, lakin iqamətgahın heç bir binasına girə bilməyib. Hadisə ilə bağlı kral ailəsinə məlumat verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol