Menu

Peşmərgə ABŞ formasında Kobaniyə girdi - Foto

30.10.2014, 09:04
Peşmərgə ABŞ formasında Kobaniyə girdi - Foto

Kürd xüsusi təyinatlılar üzərində ABŞ bayrağı olan formalarla İŞİD-ə qarşı vuruşacaq

Şimali İraq Kürd Muxtariyyətindən Kobaniyə göndərilən peşmərgələrin əynində ABŞ əsgərlərinin forması diqqət çəkib.

ANS PRESS-in məlumatına görə, dünən axşam saatlarında Şanlıurfaya çatan peşmərgələrin formasında ABŞ bayrağı və "US Army"'(Amerika Birləşmiş Ştatları Quru Qüvvələri)" yazısı olub.

Qeyd edək ki, Məsud Bərzaninin rəhbəri olduğu kürd muxtariyəti Suriyada kürdlərin yaşadığı Kobani şəhərini İŞİD hücumlarından müdafiə etmək üçün 200-ə dək xüsusi təyinatlını göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol