Menu

Çində yoluxma sayında ilin antirekordu qeydə alınıb

26.12.2021, 18:48
Çində yoluxma sayında ilin antirekordu qeydə alınıb

Çində koronavirusa yoluxma sayı cari li ərzində ən yüksək həddə çatıb. Ötən sutka ərzində ölkədə 235 yeni yoluxma hadisəsi qeydə alıb ki, bu da 2021-ci il yanvarın 20-də Çinin şimalında və şimal-şərqində infeksiya ocağının aşkarlanmasından bəri ən yüksək göstəricidir.

Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin bazar günü dərc etdiyi məlumatlara əsasən, yeni yoluxanlardan 76-sı xarici ölkələrdən gəlib.

Xəstələrdən 206 nəfərində hərarət, öskürək və halsızlıq müşahidə olunur, qalan 29 nəfər isə asemptomatik daşıyıcıdır. ( TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol