Menu

Malayziyada daşqınlar nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb

27.12.2021, 00:50
Malayziyada daşqınlar nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb

Malayziyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 47-yə yüksəlib. “Report” xəbər verir ki, bu barədə “Asian News International” (ANI) məlumat yayıb.

Məlumata görə, fasiləsiz davam edən yağışlardan sonra Malayziyanın bir çox bölgələri su altında qalıb.

Polis rəsmiləri daşqınlarda həyatını itirənlərin sayının 47-yə yüksəldiyini, itkin düşən 5 nəfərin axtarıldığını açıqlayıb.

Pahang əyalətindən olan 33 minə yaxın insan təxliyə edilib.

Hökumət yağışlardan əvvəl lazımi xəbərdarlıqları etmədiyi üçün tənqid olunub.

Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, daşqınlardan ən çox zərər çəkmiş ərazilərə Selangor, həmçinin Kelantan, Terengqanu, Pahang, Melaka, Negeri Sembilan, Perak və Kuala Lumpur daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol