Menu

ƏLİ HƏSƏNOVUN 36 MİLYONLUQ ƏMLAKI MÜSADİRƏ OLUNDU - 6 mərtəbəli ofis binası...

28.12.2021, 18:57
ƏLİ HƏSƏNOVUN 36 MİLYONLUQ ƏMLAKI MÜSADİRƏ OLUNDU - 6 mərtəbəli ofis binası...

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun müsadirə edilən əmlakının siyahısı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə formal olaraq Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.

Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.

Bəs, söhbət hansı əmlakdan gedir? 

"AzPolitika" qeyd edir ki, göstərilən ünvan (Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti 23) jurnalistlər üçün tanış ünvandır. Belə ki, 6 mərtəbəli bu binada uzun illərdir ki, Beynəlxalq Mətbuat Mərkəzi fəaliyyət göstərir. Binanın birinci mərtəbəsində Beynəlxalq Bankın filialı fəaliyyətdədir, digər mərtəbələr isə ofis kimi müxtəlif şirkətlərə, əsasən də media quruluşlarına icarəyə verilib. Həmçinin KİVDF də bu binada yerlıəşib və istintaq materiallarına görə, hər ay Əli Həsənova 8 min manatdan artıq icarəhaqqı ödəyib. 

Əli Həsənov bu binanı "Azərnəşr"in əmlakının ələ keçirilməsi hesabına tikib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.

"AzPolitika"

Şərhlər

Veteran 2022-01-04 18:31:50

3.6 milyardın bir qismi olan 36 milyon yazılsa daha düzgün olar.Burnunuzdan gətirəcəklər.Özüdə tək sənin yox.

Orxan 2021-12-28 23:37:51

BU MƏSƏLƏDƏ ƏSL HƏBS OLUNMALI ƏLİ HƏSƏNOVDUR.ONUN ƏLƏ KEÇİRDİKLƏRİNİN SAYI-HASABƏ YOXDUR.

Mubariz 2021-12-28 23:17:42

Niyə tutmurlar ,toyuq oğrusu ən azı 3-5 il alır ,ədalət budur ?

Azərbaycanlı 2021-12-28 21:22:42

Əli və Əli kimilərin hərəsinin 36 milyon yox ölüsü 1 milyard haram kapitalı pulu var. 36 milyon onunçün cib xərcidir

RR 2021-12-28 20:39:48

Kaspi )))) onundu ,

RAHİM 2021-12-28 20:30:26

Necə olur Kİ əli kimilər Prezident Aparatına yol tapırlar? Əksəriyyəti də eyni bölgənin məmurlarıdırlar. BƏS Savadlı, İstedadlı və HALAL çörəklə böyüyən və oxuyan kasıblar nə. Vaxt MƏMUR kimi PA- İŞLƏYƏCƏKLƏR?

M.Q 2021-12-28 18:22:26

Əcəb işdi va allah. Əli bəyəm toxunulmazdı? Bunun özünü niyə salmırlar içəri? Məhkəmələr də oyuncağa dönüb.

t.ədalət 2021-12-28 18:19:14

Hələ bu üzdə olandır.Gör,nə qədərinbi də gizlədib.Kişi Rusiyada qapançı işləyirdi.....

Roma 2021-12-28 12:59:13

Mənə elə gəlir ki, burada nə isə bir anlaşılmazlıq vardır, belə ki, Əli Həsənov "kristal kimi təmiz adamdır və onun qaranlıq işlərdə, korrupsiyada" əli ola bilməzzz...???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol