Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub.
“Report”un əldə etdiyi məlumata görə, nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən işinin icrasına başlayıb.
Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov isə Təhsil Nazirliyinə təyinat alıb. Belə ki, E.Orucov nazirlikdə Aparat rəhbərinin müavini təyin edilib.


Şərhlər
BU DƏYİŞİKLİKLƏR TƏHSİLƏ HEÇ BİR. FAYDA VERMƏYƏCƏK. ÇÜNKİ BİR MÜƏLLİM KİMİ QADIN DİREKTORLARDAN KİMİNSƏ HALAL MAAŞLA İŞLƏDİYİNİ. GÖRMƏMİŞƏM. HANI. O CƏNNƏT AYAQLARI ALTINDA OLAN QADIN DİREKTORLAR. VƏ. İBTİDAİ. SİNİF. MÜƏLLİMLƏRİ?