Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin müsadirə edilən əmlakının siyahısı məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.
Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.
Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.
Xatırladaq ki, istintaq dövründə V.Səfərlinin əmlak və bank hesablarının üzərinə həbs qoyulmuşdu.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Şərhlər
Oğrunun böyüyü dələduz anti Azərbaycan dövlıti olan ermıni soylu Əli Həsənov barəsində nə zaman həbsqətimkan seçiləcək və oğurladıqları müsadirə ediləcək çox maraqlıdır
Burda "Vüqar Səfərlinin əmlakı" ifadəsi doğru deyil.Əslində "Vüqar Səfərlinin oğurluq yolu ilə çırpışdırdığı əmlaklar" kimi yazılmalıdır.Axı,alınan əmlaklar onun özünün deyil,oğurluqdur.
onların əmlakı nə qədər müsadirə olunsa da bir o qədər də gizlində qalıb
Bəs dəvədən böyük fil-Əli həsənovun ələ keçirdiyi əmlakları niyə müsadirə edilmir?Yoxsa....
Bes onun shefi ???? derdeeee
Vüqar Səfərli tərəfindən çoban Arif Əsədova verilən ev nə vaxt müsadirə ediləcək
RAHİM adı ilə yazana: Sizin şərhiniz başa düşüləndir və doğrudur, konkret olaraq bu işin "xaç atası" Əli Həsənovun da əmlaklarının bir qismi əlindən alınıb və kim bilir daha nələr olacaq???...
Yaxşı OLAR ki. Vüqar kimilərini bu ANTİ. HEYDƏR. ƏLİYEVÇİLƏR. DƏ HƏBS OLUNSUN. BU ƏDALƏTLİ QƏRAR OLARDI. XALQIN MƏHKƏMƏLƏRƏ. İNAMI XEYLİ ARTARDI. MƏMUR ÖZBAŞLIĞININ QABAĞI İNDİ. YOX, 10- 15 İL BUNDAN QABAQ ALINMALI İDİ.
NƏYƏ GÖRƏ AZƏRBAYCANDA YALNIZ VÜQAR kimi buyruqçuların ƏMLAKLARI MÜSADİRƏ. EDİLİR? ONLARIN AĞALARI ƏVVƏLKİ KİMİ KEF ÇƏKİRLƏR? NƏ VAXT ƏDALƏT ZƏFƏR ÇALACAQ?