İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilir.
Bununla bağlı Milli Məclisin qərar layihəsi parlamentin dekabrın 30-da keçiriləcək iclasında müzakirə olunacaq.
Dəyişikliklə, aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiləcəklər:
Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər:
1. Zeynalov Vüqar Eldar oğlu
2. Abdullayeva İlhamə Xanlar qızı
Namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüş şəxslər:
1. Əliyev Azər Ruslan oğlu
2. Axundova Ülviyyə Süleyman qızı
Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş şəxslər:
1. Yusifova Sevil Şərif qızı
2. Mansurova Zirəngiz Dəmirçi qızı.


Şərhlər
İTV getdikcə verilişlərini küçə səviyyəsinə endirir.Bir də bu kanal(radiosu da daxil) düşmən Rusiyaya çox meyillidir.Torpaqlarımızın azad olunmasında yanımızda olan Türkiyəni yox,torpaqlarımızın işğalında ermənistanın yanında olan Rusiyaya bğyük rəğbət göstərir.