Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb 887 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 615 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 545 nəfər müalicə olunaraq sağalıb, 8 324 nəfər vəfat edib, aktiv xəstə sayı 10 443 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 784, ötən müddət ərzində isə ümumilikdə 5 832 974 test aparılıb.
***
“Azərbaycanda son sutkada 377 nəfər koronavirusa yoluxub. Ölkədə bu günə qədər 600 mindən çox yoluxma qeydə alınıb”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, ikiillik dönəmdə ən yüksək yoluxma 2020-ci ilin noyabr-dekabr aylarında qeydə alınıb: “Son üç ayda ən yüksək yoluxma yenə də noyabrda olub. Bu göstərici 21 %-ə yaxındır".


Şərhlər