Məlum olduğu kimi, reklam fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq reklam bazarında monitorinqlər aparılır.
Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, monitorinqlər zamanı kütləvi informasiya vasitələrində “Business Insight” şirkəti tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlığı altında reklam xarakterli məlumatın yayımlandığı müəyyən edilib.
Bununla əlaqədar qeyd olunan məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb.
Dövlət Xidməti reklam bazarında qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.


Şərhlər
Bir de ölkede “Monopoliya” terrmini ve rehmetlik Ebdürrehim bey Haqverdiyev demişken “Hesenağanın ,Hüseynağanın qohumları” sindromu şüurlardan tam temizlenmese ölkede heqiqi biznes 10 illik yolu 1 esre de qet ede bilmez.Eslinde bir millet olaraq zehmet çekmeyi de bacarırıq,yaxşı firavan heyat surmeyi deancaq bize bezi dövlet qurumları ve memurları mane yaratmasalar.
Azerbaycan müsteqil olandan sonra ölkede yeni biznesmenler tebeqesi yaranıb inkilaf etmeye başladı ve nırmsl bir mühitin hesabına.90-cı illerin sonu,2000-vi ilin evvelerinde ölkede “Dövlet biznesi” inkişaf etmeye başladı ve bu proses normal biznesin tereqisinşn kökğne balta vurdu.Bu gün ölkede ala babat bir bşznes qurmu tapa bilmezsen ki,onun arxadında iri ranqlı bir dövlet memuru olmadın .Mehz bu sebebdendir ki ölkefe resmi milliarder ve ya millioner qeyde alınmayıb....
Deyesen “Araz” super marketler şebekesinin bağlanma ve ya sıradan çıxarılmavaxtı çatıb.Bizim ekser müvafiq dövlet qurumları ölkede azad,edaletli reqanet mühiti yaratmaq evezine reqibleri siradan çıxarmağa üstünlük verirler .Vaxtı ile ölkedr biznesin çökmesini gömrük ve vergi orqanlarının rehberleri ,sonra ise leğv olunmuş MTN ,indi ise estafeti diger qurumlsr qebul edib mehv etme emeliyyatı aparırlar.Bü medotla biznez inkilaf etmez mehv olar.Ancaq”Dövlet biznesi” inkişaf eder neticede bacaruqlı biznesmenler ölkeni terk efib başqa ölkelerde biznes qururlar.