Menu

Laçın və Kəlbəcərdə 700 km-ə yaxın yeni yol çəkilib

29.12.2021, 17:40
Laçın və Kəlbəcərdə 700 km-ə yaxın yeni yol çəkilib

"Cari il ərzində Kəlbəcər rayonu istiqamətində 220, Laçın rayonu istiqamətində 330, Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində isə 120 km-dən artıq, ümumilikdə 700 km yaxın yeni yol çəkilib".

“Report”un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.

"Hazırda bu sahədə işlər davam etdirilir", - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol