Azərbaycanın türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması üçün diplomatik səyləri öz nəticəsini verməyə başlayıb. Ermənistan Azərbaycanla dəmir yolunun tikintisi üçün hazırlıqlara başlayır.
“Report” xəbər verir ki, bu barədə "Haber Global" bildirib.
Qeyd edilir ki, Zəngəzur dəhlizinin açılışı ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib: "Paşinyan bildirib ki, Ermənistan hökuməti dəmir yolunun Arazdəyən və Horadiz arasında uzanacaq Mehri hissəsinin tikintisi üçün hazırlıqlara başlayıb. Paşinyan bəyan edib ki, nəqliyyat marşrutlarının açılması müəyyən problemlər və təhlükələr ehtiva etməklə yanaşı, həm də böyük imkanlar bəxş edir və Ermənistan üçün faydalı olacaq".
Ermənistan yolun 45 kilometrini inşa edəcək: "Layihəyə 200 milyon ABŞ dolları ayrılacaq. Xəttin ümumi uzunluğu təxminən 34 kilometr olacaq.
Dəmir yolunun açılması ilə bağlı qərar Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə keçirilən görüşündə qəbul edilib".


Şərhlər
sad xeber s0zu size yarasmir o soz ciliz blogera aitdir
Ermenilerin 1 yolu var rusdarnan , Lars yolu qruziyadan , oda qishda demey olar ki , baqli olur kecmek cetin olur, Yani bu drhliz ermeniye cix serf edir , ister avto yol istersede demir yolu ) Bilesiz !!!Ermeniler ôzderni artistiye vurub , quya bu yol lazim deyil onlara. Evezinde nese isteyirler, Bu armyanski variantdi, Eslinde bu yol onlara lazim !!!
Eslinde bu dehliz ermenilere cox xeyirdi ) Demir yolu ile , rusdar ne isdese ora dashiya bilecek . Yoxsa yox ?