Menu

Ermənilərin açdığı atəş nəticəsində “Bakcell ”in əməkdaşı yaralanıb – FOTOLAR

30.12.2021, 00:22
Ermənilərin açdığı atəş nəticəsində “Bakcell ”in əməkdaşı yaralanıb – FOTOLAR

Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda "Bakcell" əməkdaşına atəş açıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.

Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

Şərhlər

rasim 2021-12-30 10:35:09

tam biabirchiligdir

Azərin BAYRAMI 2021-12-30 09:39:25

Millətçi erməni terrorundan azərbaycanlıları heç olmazsa Azərbaycan ərazisində KİMlər və nə vaxtdan müdafiə və mühafizə edəcəklər? Dünyəvi Həmrəylik və Sülh gününüz mübarək olsun!

RAHİM 2021-12-30 09:23:15

Belə hallar NƏ VAXTADƏK DAVAM EDƏCƏK? NİYƏ BU FAŞİSTLƏRİN NAZI İLƏ OYNAYIRLAR? CAVAN BALALARIMIZ NİYƏ FAŞİSTLƏRİN GÜDAZINA GETMƏLİDİRLƏR?

RR 2021-12-30 07:29:56

Bizde dûnen 5 ermeni diqasin qaytardyq ) niye esir qetiririk , niye qaytariruq , mene catmir, Belke kimese catir? yazsin zehmet olmasa.

JJ 2021-12-30 06:10:57

Bizimkiler de acib buraxsinlar ermeni esirleri

vətəndaş 2021-12-30 01:02:23

Ağdamda ermeninin nə işi var??????????

t.ədalət 2021-12-30 00:46:55

Bu atəşi açan erməni yox,regiondakı işğalçı rus hərbiçiləridir.Çünki Putin sakitlik istəmir.Aranı qaışdırmaq üçün yollar arayır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol