Menu

Çin üçün Rusiya ilə münasibətlər daha əhəmiyyətlidir

30.12.2021, 00:54
Çin üçün Rusiya ilə münasibətlər daha əhəmiyyətlidir

Çin vətəndaşlarının əksəriyyəti hesab edir ki, Rusiya-Çin münasibətləri daha əhəmiyyətlidir, nəinki ABŞ və Avroittifaqla.

Bu barədə «Qlobal Times» Çin qəzeti tərəfindən həyata keçirilmiş sorğunun nəticələri xəbər verir. Xəbəri dekabrın 29-da TASS agentliyi yayıb.

Sorğunun nəticələri çərşənbə axşamı təqdim olunub. Tədqiqata görə, respondentlərin 55,6 faizi Rusiya-Çin münasibətlərini Çin Xalq Respublikası üçün daha əhəmiyyətli hesab edib, ikinci yerdə Avropa İttifaqı ilə münasibətlər (44,9 faiz) gəlir, yalnız bundan sonra ABŞ-la münasibətlər (41,8 faiz) dayanır. Sorğunun iştirakçıları bir neçə variant seçə biliblər.

«Geopolitik planda Çin və Rusiya əməkdaşlığı yüksək səviyyədə dəstəkləyiblər, xüsusilə də Qərbin həyata keçirdiyi insan haqları və demokratiya siyasəti sahəsində. Hər iki ölkə hegemoniya və Qərbin qlobal səhnədə həyata keçirdiyi birtərəfli yanaşmaya qarşı başlıca gücə çevrilib» - qəzetə müsahibə verən diplomat deyib.

«Geopolitik planda Çin və Rusiya səhnəni dəstəkləyiblər» - Çinin ictimai elmlər akademiyasının əməkdaşı, Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə mütəxəssis Yan Tszin bəyan edib.

«Dünya anlamalıdır ki, Çin xalqı ABŞ-ın və onun mədəniyyətinin əleyhinə deyil, ancaq o, parçalanma və Amerika siyasi sisteminin çökməsinin əleyhinə qətiyyətlə çıxış edir» - öz növbəsində Çin-Amerika münasibətləri üzrə ekspert Lyuy Syan deyib.

AzPolitika.İnfo

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol