Menu

Cavid Qurbanovun atası vəfat edib

30.12.2021, 10:35
Cavid Qurbanovun atası vəfat edib

Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Kəlbəcər rayonunun keçmiş icra başçısı Qənbər Qurbanov (Şəmşiroğlu) vəfat edib.

Bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Q.Şəmşiroğlu 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Şəmşiroğlu 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib.

Uzun müdət dövlət fəaliyyətində səmərəli çalışdığına görə "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalları ilə təltif edilib.

Q.Şəmşiroğlu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun atasıdır.

Allah rəhmət eləsin!

Şərhlər

Anar Əhmədov 2021-12-30 10:59:21

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol