“Mən əminəm ki, törətdiyi əməllərə və səhvlərə görə ölkədən qaçıb Avropada yaşayanlar hamısı gəlib Prezident İlham Əliyevdən üzr istəyəcəklər, kömək diləyəcəklər”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, tövbə qapıları hər zaman açıqdır: “Onlar gəlib tövbə edə bilərlər. Bu insanlar uzun illər ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətə əks mövqe sərgiləyiblər, bu siyasətə qarşı ziddiyyətli addımlar atıblar”.


Şərhlər
Tövbə qapısı Allaha məxsusdur.Bu qapıya heç kim sahib çıxa bilməz.
Kor-kar tutduğunu buraxmaz............
Sən və sənin kimilərin o parlamentdə oturması bu millətə təhqirdir .....