Menu

Ermənistan aviaşirkəti İrəvan-İstanbul reyslərini yerinə yetirəcək

30.12.2021, 19:14
Ermənistan aviaşirkəti İrəvan-İstanbul reyslərini yerinə yetirəcək

Ermənistanın "Flyone Armenia" aviaşirkəti İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərini yerinə yetirəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət Ermənistan hakimiyyət orqanlarından icazə alıb.

Hazırda müvafiq razılığı Türkiyə tərəfi verməlidir.

Uçuşlar 2022-ci ilin yanvar ayından başlayacaq.

Dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirmək üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol