ABŞ-ın yeni-yeni təxribatlarına, həm də öz bəyanatları ilə ziddiyyət təşki edən fəaliyyətinə görə Çin Birləşmiş Ştatlara böyük inamsızlıq bəsləyir.
Bu barədə cümə axşamı ÇXR xarici işlər naziri Van İ bəyan edib. Xəbəri dekabrın 30-da TASS yayıb.
«Birləşmiş Ştatlar daim yeni pisliklər yaradır, Çin-Amerika münasibətlərinə zərər vurur. ABŞ-ın fəaliyyəti özünün bəyanatları ilə ziddiyyət təşkil edir ki, bu da insanlarda ciddi inamsızlıq yaradır» - o, Çinin mərkəzi KİV-nin jurnalistlərinə deyib.
Van İnin sözlərinə görə, 2021-ci ildə Vaşinqton anladı ki, təzyiq göstərmək yolu ilə Pekini geri çəkilməyə məcbur etmək mümkün olmayacaq. «Üstəlik də ABŞ anladı ki, bununla özünə ziyan vura bilər» - nazir əlavə edib.
Diplomat qeyd edib ki, Çin-Amerika münasibətləri hələ də normal axarına qayıda bilər. Ancaq bunun üçün Birləşmiş Ştatlar gerçəkdən Çini sıxışdırmaq və qarşı durmaq ideyasından imtina etməlidir.
AzPolitika.info


Şərhlər