Azərbaycanın məşhur idmançısı Zabit Səmədov Türkiyənin məşhur “Kuruluş Osman” serialında fəaliyyətini davam etdirəcək.
Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib: “Mən serialda fəaliyyətimi hələ başa vurmamışam. Serialın rejissoru ilə belə qərara gəldik ki, Bakıya qayıdım. Burada özümün döyüş məktəbimlə və yaradacağım promouter şirkəti ilə bağlı görəcəyim işlər vardı. Yalnız son 2 seriyada olmamışam.
Nə vaxt serialda yenidən rol alacağım 3-5 yanvar aralığında bilinəcək. Hər şey Bakıdakı işlərimdən asılıdır”.
Qeyd edək ki, Zabit Səmədov 2019-cu ilin noyabrın 20-dən yayımlanan “Kuruluş Osman”ın 35-ci bölümündən etibarən rol almağa başlayıb. O, filmdə Burak Özçivitin oynadığı baş rol “Osman Bəy”in döyüş yoldaşı “Gəncə Bəy”i oynayır.


Şərhlər
Sizinlə fəxr edirik Zabit bəy. Allah Sizə, ailənizə can saglıgı, uzun ömür və xoşbəxtlik nəsib etsin. Yeni ugurlarınıza sevinmək istəyirik inşAllah.