Menu

Bakıda sərnişin avtobusu tuneldə qəza törətdi

30.10.2014, 11:17
Bakıda sərnişin avtobusu tuneldə qəza törətdi

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəza törədib. Movqe.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Binəqədi-"Gənclik" metrostansiyası istiqamətində hərəkət edən 133 saylı avtobus Azadlıq prospektində tuneldə hərəkət edərkən bardürə çırpılıb.

Yüksək sürətlə hərəkət edən avtobus daha sonra qarşıda hərəkət edən avtomobillə toqquşub. Nəticədə zəncirvari qəza baş verib. Qəzadan təşvişə düşən sərnişinlər avtobusdan boşaldılıb.

Movqe.az avtobus xətinin sahibkarı, "Çinar Trans" MMC-nin rəhbəri Etibar Manafovla əlaqə saxlasa da, cəhdlərimiz alınmayıb. E. Manafovun mobil telefonuna zəng çatmayıb.

Xatırladaq ki, bu 133 saylı avtobusda son günlər baş verən ikinci qəza hadisəsidir. Ötən ay bu xətin sürücüsü Valid Məmmədov iki piyadanı vurmuşdu. Nəticədə sərnişinlərdən birinin - Samir Həsənovun dalağını çıxarıblar, qabırğaları sınıb, ciyəri dağılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol