Bu gündən Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları qüvvəyə minir. Bu, "Dövlət rüsumu haqqında" Qanuna yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.
Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 000, seriyası eyni hərflərdən ibarət olduqda 1 500 manat dövlət rüsumu tutulacaq.


Şərhlər
DYP-də davam edən açıq alveri,(istər nömrə məsələsində,istər imtahanlarda) guya gizlin baş verir? Bu artıq qanunlaşdırılmış haı alıb və bunu blməyən tapılmaz1 Bəs ölkənin nəzarət edoci qurumları niyə ortada yoxdur?Bir zabit aşıqca oturub kabinetdə,kamotuna rüşvə yığır,günün sonunda toparlayır.Belə rahat rüşvətxanaya DYP=də rast gəlirsiniz.Guya bundan heç kimin xəbəri yoxdur.Bəs bu havayı gəlirdən dövlətə vergi ödəniirmi? Bunu DİN-dən sormaq yerinə düşər.ı
Qanun kaqiz ûzerinde qalacaq. Nômre almaq isteyende, DYP deyir sen isteyen nomre yoxdu . Eyer 1000 azn dise deyir 3 min ver tapim verim ,Emelli alverxanadi DYP, Hamida bunu bilir, amma lazimi qurumlar nedense qôz yumurlar, Ne vaxta kimi ? Derd
Bu ölkede bekar ve vicdansız adamlar deyesen günü günden çoxalr ve ne etdiklerinin ferqinde deyiller