Ölkə üzrə əhaliyə icbari tibbi sığorta xidməti göstərilir və buna görə vətəndaşların əmək haqlarından 1 faiz ödəniş tutulur. Bu rəqəm 1 yanvar 2022-ci il tarixindən 2 faiz təşkil edəcək.
Məsələyə münasibət bildirən millət vəkili Soltan Məmmədov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində bildirmişdi ki, həm işə götürənin, həm də işləyənlərin ödəyəcəyi iki faiz keçən il qeyri-dövlət təşkilatları üçün güzəşt olaraq bir faiz həcmində saxlanılmışdı.
Qeyd edək ki, İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.
1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.
Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar bu xidmətləri əldə edə bilərlər:

Şərhlər
Ümumi meyl elə pulsuz SSR dövründən qalıb? Nəğdlə belə mükəmməl xidməti ala bilmirsənsə, nəğdsiz görək səviyyə necə yüksəlr?
Hökümətin dərdi əlini xalqın cibinə dürtməkdir.Qoiy dürtsün,görək talan olunan ciblər nə vaxta kimi tab gətirəcək?Vəzifələr paylanmış rusdilli və "əziz-avara kadrlar",sübut olunur ki,savadsızdırlar.Xalq,nə vaxta kimi belə nadan kadrların əlində girinc qalacaq?
basiniza deydin sizin sgortaniz.respublikanski xestexanasinda adami evden getdiyin paltsrda emeliyyat edirler.basqalari necedir gor indi.hansi hekime sgorta deyirsen agiz buzur.deyir mene 20 manat catir sgortadan.onsuz islemir hec kime lazim deyil sizin sgorraniz.20 manat maas qalxib onuda sgortaya cixacaqlar.bir hefte qabaq 12 manata olan pampers uje 16 manat olub.
Bu ölkəin neft,qaz,filiz və sair gəlirləri necə olub ki, hər şey verilən az maaşların hesabına ödənilir?.,