Milli Məclisin üzvü Etibar Əliyev Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsini alqışlayaraq, "Yeni Şuşa Ensiklopediyası"nın tərtib olunması təklifini verib.

"AzPolitika.info" xəbər verir ki, millət vəkili bununla bağlı sosial şəbəkədə paylaşım edib. 

Deputat, Heydər Əliyevin "Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” fikrini xatırladaraq, yazır: "Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etdi. Prezident bununla xalqımıza böyük sevinc bəxş etdi. 

Akademik Çingiz Qacarın 2014-cü ildə yazdığı bu kitabı “Suşanın ensiklopediyası” da adlandırmaq olar. Kitabın "Ön söz"ünün müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Ön söz məzmun etibarilə həddindən artıq dolğundur və geniş informasiyaları özündə əks etdirir. 


Şuşasız keçən illərin ağrılarını və gərginliyini hamımız hiss etmişik. Mədəniyyətimizin paytaxtında nə varsa, hamısı bizə məxsusdur. Əbədi olaraq biz kurort-şəhərini, muzeylər şəhərini, Şərqin musiqi akademiyasının şəhərini və doğma şəhərimizi qorumalıyıq. Düşünürəm ki, Çingiz Qacarın bu kitabını əsas götürməklə "Yeni Şuşa Ensiklopediyası" tərtib olunmalıdır.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə bir daha təşəkkür edirik".

"AzPolitika"