Təhlükəli asteroid Apofis Yerə doğru uçur - georstasionar peyklərin orbiti məsafəsində.
Bu barədə Ümumrusiya elmi-tədqiqat mülki müdafiə və fövqəladə hallar problemləri institutu xəbər verib. Asteroidin diametri demək olar 400 metr, çəkisi isə 30 ton təşkil edir.
İnstitutun mütəxəssislərinin proqnozuna əsasən, Apofisin maksimum yaxınlaşması anı aprelin 13-nə təsadüf edəcək - kosmonavtika Günündən dərhal sonraya. Bu zaman onun sürəti 7,42 km/saniyəyə çatacaq.
Qeyd olunur ki, bu çismin Yer səthi ilə toqquşmasından ayrılan enerji 1717 Mt təşkil edəcək.
«Asteroidin yıxıldığı yerdən 10 km radiusda təkanların gücü Rixter üzrə 6,5 bala çatacaq, küləyin sürəti 790 m/saniyədən artıq olacaq» - RİA Novosti eksertlərdən sitat gətirir.
AzPolitika.info


Şərhlər
Diametri 400 metr olan pambığın,belə çəkisi 10 min tonlarla olar. Bu necə meteoritdir ki, diametri 400 m,çəkisi də 30 tondur.Belə də xəbər olar? Ay yalançılar sizi....
nə ola gəlib düşə yerə bu, rəzil yaşamaqdan canımızı qurtara.