Menu

Anomal qar yağması səbəbilə Yaponiyada 230 aviareys təxirə salınıb

02.01.2022, 17:30
Anomal qar yağması səbəbilə Yaponiyada 230 aviareys təxirə salınıb

Yaponiyanın qərb və şimal rayonlarına bir neçə gündür yağan güclü qar 230 aviareysin təxirə salınmasına səbəb olub.

Xəbəri NHK telekanalı yayıb.

Belə ki, Sapporo şəhərindəki aeroportdan (Xokkaydo adası) bütün reyslər təxirə salınıb. Orada qarı təmizləmək üçün administrasiya 3 saat müddətinə uçuş-eniş zolağını bağlamağa məcbur olub.

Nəticədə, Sin-Titose aeroportunda insanların böyük növbəsi düzülüb - onlar öz reysləri ilə uça bilməyiblər və biletlərini sonrakı reyslərə dəyişməyə məcbur olublar.

Hazırda Xokkaydoda bir sıra rayonlarda qar ortüyünün hündürlüyü 1 metrdən artıqdır. Mütəəssislər insanları xüsusi ehtiyatkarlığa çağırırlar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol