Menu

Rusiya strateji nüvə güclərinin təlimini keçirəcək

04.01.2022, 00:04
Rusiya strateji nüvə güclərinin təlimini keçirəcək

Rusiya strateji nüvə güclərinin hər üç komponentinin iştirakı ilə «Qrom» Strateji komanda-qərargah təlimləri (SKQT) 2022-ci ilin əvvəlində keçiriləcək.

Bu barədə TASS agentliyinə Müdafiə Nazirliyinə yaxın mənbə xəbər verib.

«Rusiya nüvə triadasının iştirakı ilə «Qrom» təlimləri 2022-ci ilin əvvəlinə planlaşdırılıb» - o, deyib.

Bu təlimlər hər il keçirilir, adəti üzrə «hərbi» dərs ilinin sonunda. Adətən, bu təlimlərin çərçivəsində Şimal donanmasının sualtı raket daşıyan qayığı Kura poliqonuna (Kamçatka) qitələrarası ballistik raketlə atəş açır, Sakit okean donanmasının sualtı qayığı Rusiyanın şimalında Çija poliqonuna qitələrarası ballistik raket atır. Həm də qitələrarası ballistik raketlə təlim-döyüş atışı həyata keçirilir. Qanadlı raketlər Uzaq aviasiya HKC-nin təyyarələrindən atılır.

Dekabrın 21-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiyasının genişləndirilmiş iclasında xəbər verib ki, «Vostok» və «Qrom» təlimlərinin keçirilməsi 2022-ci ilə planlaşdırılır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol