Menu

Litva ölkəni tərk edən miqrantlara pul ödəyir

04.01.2022, 00:08
Litva ölkəni tərk edən miqrantlara pul ödəyir

Litva qeyri-leqal miqrantlara pul ödəməyi yanvarın 20-dən sonra da davam etdirə bilər ki, onlar könüllü surətdə ölkəni tərk etsinlər.

Bu barədə ölkənin daxili işlər naziri Aqne Bilotayte miqrantların İraqa ilk çarter reysi ilə göndərilməsindən sonra bəyan edib.

«Bu praktikanı davam etdirmək üçün hər cür əsas var. Vətənə qayıtmağa razı olan miqrantlara sərfəlidir ki, onlara təyyarəyə bilet alsınlar və 1 min avro pul ödəsinlər» - nazir deyib («TASS»).

Litvada qeyri-leqalların «bəslənməsi»nin baza xərcləri adambaşına ildə 11 min avro təşkil edir.

Yanvarın 2-də Vilnüsdən İraqa ən çoxsaylı qeyri-leqal qrup göndəriblər - 98 nəfər. Bu zaman baza ödənişi onlara yalnız təyyarədə təqdim edirlər. Hazırda bu ödəniş 1 min avrodur. Dekabrın əvvəlində bu məbləği 3 dəfədən çox artırıblar. Böhran dövründə Litva və Belarus sərhədində ölkədən 537 miqrant çıxarıblar, onların 482 nəfəri könüllü gedib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol