Menu

"Biz, ABŞ-ı qiymətləndiririk və Rusiya ilə dialoq tərəfdarıyıq" - Slovakiya XİN

05.01.2022, 00:02
"Biz, ABŞ-ı qiymətləndiririk və Rusiya ilə dialoq tərəfdarıyıq" - Slovakiya XİN

Digər NATO üzvü ölkələrini Rusiya ilə ikitərəfli danışıqlara cəlb etdiyi üçün Slovakiya Amerika Birləşmiş Ştatlarını (ABŞ) qiymətləndirir. 

Bu barədə yanvarın 3-də Slovakiya XİN başçısı İvan Korçok bəyan edib.

«Mən, qiymətləndirirəm ki, ABŞ digər NATO ölkələrini Rusiya federasiyası ilə ikitərəfli danışıqlara cəlb edir. Çox əhəmiyyətli hesab edirəm ki, biz bu dialoqun bir hissəsi olduq, xüsusilə də NATO və Rusiya arasında danışıqlara hazırlığın davam etdiyi kontekstdə. Danışıq yanvarın 12-də Brüsseldə baş tutacaq» - o, ABŞ Dövlət katibi Entoni Blinkenlə söhbət zamanı deyib.

Onun sözlərinə görə, NATO üzvü ölkələr Rusiya ilə açıq dialoqa hazırdırlar. «Eyni zamanda, biz bu danışıqlarda bu prinsiplərdən çıxış edəcəyik ki, onlar Slovakiya və Avropa təhlükəsizliyinin əsasını təşkil edir» - Korçok qeyd edib. O, həm də bildirib ki, Slovakiya dilomatiyası onun üzərində işləyəcək ki, Avropaya aid olan təhlükəsizlik məsələləri ümumi masa arasında dialoq formatında müzakirə olunacaq. Bu format bütün iştirakçıların maraqlarını və ideyalarını nəzərə alır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol