Menu

Rusiyada koronavirusdan ölənlərin sayı 313 mini ötüb

05.01.2022, 12:50
Rusiyada koronavirusdan ölənlərin sayı 313 mini ötüb

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 828 nəfər artaraq 313 015-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 15 772 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 585 984 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 600 728 nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol