Menu

Qazaxıstanda toqquşmalar: Yeddi nəfər reanimasiyaya yerləşdirilib

05.01.2022, 13:50
Qazaxıstanda toqquşmalar: Yeddi nəfər reanimasiyaya yerləşdirilib

Almatı Xalq Sağlamlığı İdarəsi etirazlardan zərər çəkənlərin sayı ilə bağlı statistik məlumat yayıb. Məlumata görə, tibb müəssisələrinə 190 nəfərlə bağlı müraciət edilib.

“40 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən yeddi zərərçəkən reanimasiyadadır, onlardan dördü polis əməkdaşıdır”, - deyə idarədən bildirilib.

Bütün zərərçəkənlərin 137-si polis əməkdaşı, 53-ü isə mülki şəxsdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol