Menu

“Taliban”ın rəsmən tanınması onların vədlərini yerinə yetirməsindən asılıdır – Lavrov

05.01.2022, 19:34
“Taliban”ın rəsmən tanınması onların vədlərini yerinə yetirməsindən asılıdır – Lavrov

“Əfqanıstandakı “Taliban” hökumətini tanımaq qərarı onların vədlərinə əməl etməsindən asılı olacaq”.

Bunu TASS-a Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya xarici işlər naziri əlavə edib ki, “Taliban” hakimiyyətinin rəsmi tanınması məsələsi hələlik tezdir. Müsbət qərar Əfqanıstandakı hadisələrin inkişafından, daha doğrusu, “Taliban”ın öz vədlərini nə vaxt yerinə yetirəcəyindən, o cümlədən inklüziv hökumətin qurulmasından və Əfqanıstan ərazisindən gələn terror və narkotik təhlükələri ilə səmərəli mübarizə aparmasından asılı olacaq.

“Biz bununla bağlı dünya birliyinin digər üzvləri ilə birlikdə tədricən “Taliban”ı BMT Təhlükəsizlik Şurasının sanksiya siyahılarından çıxarmaq istiqamətində hərəkət edəcəyik ki, bu da öz növbəsində Əfqanıstanın yeni hökumətinin rəsmi tanınmasına zəmin yaradacaq”, - Lavrov deyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol