Qazaxıstanda hərbçilər Almatıdakı Respublika meydanını tərk ediblər. Qeyd edilir ki, bütün hərbçilər hadisə yerini tərk edib... Hərbçilər ərazidə heç nə buraxmayıblar.
Bildirilir ki, azı iki iğtişaşçı bayraqları dalğalandırmaq üçün barrikadalarda qalır.
***
Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, - TASS-ın əməkdaşı bildirib.
Öz növbəsində “Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib. “Meydanda atışma gedir”, - agentlik bildirib.
Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb.
"Meydanın mərkəzində iğtişaşların 200-ə yaxın təhrikçisi toplaşıb, bəzilərində odlu silah var”, - xəbərdə qeyd olunur.
Müxbirin sözlərinə görə, 10-a yaxın atəş açılıb. "Lakin atəş açan təhlükəsizlik qüvvələri deyil", - agentliyin əməkdaşı əlavə edib.


Şərhlər
MƏlum olur ki, bu qədər talançılığı edən xalq deyil, terrorçulardır. Xalqın adından istifadə edib, xaos yaradırlar. Məncə, Qazax xalqı öz müdrikliyi ilə təmkinini qoruyacaq, dövlət rəhbərliyi isə iğtişaşçıların qulağını qopartdıqdan sonra, isə xalqın bu anlayışını mütləq dəyərləndirəcəkdir. Azərbaycanda, əsla belə vəziyyət yaranmasına xalqımız özü imkan verməyəcək....
Bir az davam gətirsələr hərbi hissələr də harada ki Kazaxlar çoxdur keçəcək xalqın tərəfinə.