Menu

KTMT sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıb - YENİLƏNİB

06.01.2022, 11:30
KTMT sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıb - YENİLƏNİB

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə təşkilat məlumat verib.

Məlumata görə, Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

***

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərəcəyi sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəklər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov məlumat verib.

KTMT-nin qərargahından isə bildirilib ki, quruma üzv dövlətlərin liderləri Qazaxıstanda göndəriləcək sülhməramlıların tərkibini, strukturunu və sayını müəyyənləşdirəcək.

Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Tacikistan daxildir.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Şərhlər

İsmayıl 2022-01-06 12:39:52

Erməni əsgəri gəlib qazaxların üzərində ictimaiyyətə nəzarət edir. Rəzalət. Ölüm olsun diktatorlara

Bakili 2022-01-06 12:08:37

Aha, garagızın dərdi varmış, gazaxstan da ələ kecirildi, guya gazaxstanın öz qüvvələri yox idi ki? Rus desantı gəlməliymiş?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol