Menu

Silahlı şəxslər Almatıda iki böyük xəstəxananı mühasirəyə alıblar - VIDEO

06.01.2022, 12:40
Silahlı şəxslər Almatıda iki böyük xəstəxananı mühasirəyə alıblar - VIDEO

Silahlı şəxslər Qazaxıstanın Almatı şəhərində iki böyük xəstəxananı mühasirəyə alıb, xəstələri və həkimləri ora buraxmırlar.

Bu barədə Qazaxıstanın dövlət telekanalı xəbər yayıb.

“Bu gün səhər saatlarında silahlı quldur dəstələri Almatıda 1 və 7 saylı iki böyük çoxprofilli klinik xəstəxananı mühasirəyə alıblar. Almatı komendantlığının məlumatına görə, terrorçular xəstələri, həkimləri və tibb işçilərini xəstəxanalara buraxmır, bununla da mülki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradırlar”, - deyə telekanal bildirib.

Şərhlər

t.ədalət 2022-01-06 17:29:56

Bu silahlı dəstələr Putinin yaratdığı növbəti "vaqner" dəstələridir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol