Menu

"Almatıda vəziyyət gərgin olaraq qalır" - Qazaxıstan DİN

06.01.2022, 20:39
"Almatıda vəziyyət gərgin olaraq qalır" - Qazaxıstan DİN

Qazaxıstanın Almatı şəhərində vəziyyət gərgin olaraq qalır.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qazaxıstanın digər bölgələrində isə vəziyyət sabitləşib. Paytaxt Nur-Sultan, Çimkent, Akmola, Qızılorda, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində sakitlik hökm sürür.

Aktobe, Atırau, Qərbi Qazaxıstan, Mangistau vilayətlərində bir neçə magistral və dəmir yolu xətti bağlanıb.

Antiterror əməliyyatı davam edir.

Bundan əvvəl Qazaxıstan hərbçiləri səsgücləndiricilər vasitəsilə iğtişaşçıların Almatıdakı Respublika meydanını boşaltmaqlarını tələb edib və onlara atəş açacaqları barədə xəbərdarlıq edib. Daha sonra Prezidentin iqamətgahının ətrafı və Respublika meydanı tam təmizlənib.

Şərhlər

Seyid Ənhu 2022-01-06 23:48:18

PUTİN MİLLƏTLƏRİN JANDARMINA ÇEVRİLİB. Kim onun prezidentlərinə toxunsa heyfi millətdən alınacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol