GENERAL QUBADA OTEL TİKDİRİR - İcazəni isə Qusar İcra Hakimiyyətindən alıb + FOTO

Penitensiar Xidmətin sabiq müavini, ədliyyə general-mayoru Hüseynağa Əlixanov Qubada qardaşı ilə bərabər otel tikdirir.

Qaynarinfo-nun məlumatına görə, tikinti obyektinin sifarişçisi generalın qardaşı Nazim Ənvər oğlu Əlixanovdur. Quba rayonu, Timiryazev kəndində tikiləcək 3 mərtəbəli otelin və ticarət mərkəzinin ümumi sahəsi 1989.1 m2-dir.

Maraqlıdır ki, Qubada tikiləcək obyektin tikintisinə icazə verən orqan Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının memarlıq tikinti şöbəsidir. Obyektin tikintisinə icazə 2014-ci ildə alınsa da Tikinti obyektinə verilmiş kod 11.10.2021-ci ilə təsadüf edir.

635x100

Şərhlər

MRP 2022-01-09 14:00:20

Təzə iş yerləri açılacaq. Vətəndaşlar ailələrinə pul aparacaq.Büdcəyə vergi ödəniləcək.Burada pis nə var. .

İnvestor 2022-01-08 16:48:23

Otel tikmək sərmayə qoymq deməkdir.Əgər o tikirsə pul zatən onda var idi.Aparib Monteneqroda da tikərdi.Buranin gələcəyinə güvənib burda tikib.Düz pul deyil.onda gərək alanda qomayadiniz.Pulu kənara çixarmayib burda tikirsə.orada 15-20 nəfər isləyərsə.təchizati ilə bağli 20-30 nəfərdən mal və xidmət alarsa-bunun nəyi pisdir ki

B.Qarabağlı 2022-01-08 10:43:49

Heç məğzi-məqsədi anlaşılmayan məqalə? Layihəni təkmilləşdirib, kompleksin Ağdam və ya Ağdərə rayonunda tikdirməyi SAHİBkara təklif etmək olardı?

mamed 2022-01-08 10:37:56

Birdənə normal şərh yazan yoxdu eeee! Həşir qatmusuz özünüzə! Siz başa düşmürsünüz ki, bunu yazan "adını jurnalist" qoyan telefonunu qoyub qabağına indi bu adamın elçilərini gözləyir ki, nəsə qopartsın yazını silsin! Sizdə başdamusuz türmə belə gəldi, çörək belə getdi! Eeeeeeeeeeeeee!

RR 2022-01-08 07:20:25

sheytanda shoka dûshûb ))))

Veteran 2022-01-08 00:43:22

Qoy tiksin ,onsuzda əlindən alıb qazilərə verəcəyik .

t.ədalət 2022-01-07 15:56:32

Oteli məhkumların qanını sorub var-dövlət yığan Əlixanov tikdirməyib,bəs,kim tikdirəcək?....

Abdulhəmid 2022-01-07 15:31:16

Türmələrdə rüşvət baş alıb gedir.Bu tukməsin,kim tiksin? Quba ərazisinə nə vaxtdan Qusar İH qərar verir?

Ulket 2022-01-07 14:14:35

insanlar görek tapmır yemeye memur otel tikir

TT 2022-01-07 13:00:03

qeneral tikmesin kim tiksin ?

Son yazılar