İLHAM ƏLİYEVDƏN MEDVEDEVƏ QƏTİ ETİRAZ - Prezident məktub göndərib

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib.

Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.

APA-nın əldə etdiyi məlumata görə, onun bu addımı Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib.

635x100

Şərhlər

Türk 2022-01-08 09:57:12

Qəti etirazı Medvedevə yox Putinə vermək lazımdır. Medvedov kimdir?

Veteran 2022-01-08 01:07:36

Alqışlayırıq.

RR 2022-01-07 22:23:41

Hakli iraddi ) amma ruslara xeyri varmi ?

Xazar 2022-01-07 20:51:04

O çaqqal küçüyü-mılonovu Qarabağda həbs edb , lap bunun üçün ordudan istifadə lazım olsa belə, paz vurub ,sonra da həbs etmək lazımdır. Belə olsa heç kim birdə icazəsiz ora gəlməz

Əkbər Hadıyev 2022-01-07 16:09:19

Çox haqlı iraddır! Amma, nə vaxta qədər Azərbaycan öz sərhədlərinə bütöv nəzarəti təmin etməyəcək? Yaxud, dünya ictimaiyyatının, qərbin Qarabağa buraxmadığı Kreml hərbçiləri hələ neçə il yuxarı Qarabağda erməniləri müdafiə edəcəklər? Halbuki, Ermənistan otuz il öncə yüz minlərlə azərbaycanlı ailələrini zorla deportasiya edib?

Roma 2022-01-07 15:30:08

Bütün dünyanı qarışdıran Rusiyadır...nə Ukrayna, nə Azərbaycan və ermənistan, Gürcüstan, Moldova, Belarus, Opta Asiya və Qazaxıstan və bütün Dünya...

Roma 2022-01-07 15:20:54

Bütün dünyanı qarışdıran Rusiyadır...nə Ukrayna, nə Azərbaycan və ermənistan, Gürcüstan, Moldova, Belarus, Opta Asiya və Qazaxıstan və bütün Dünya...

Son yazılar