Menu

Avrozonada inflyasiya 30 illik maksimuma çatıb

07.01.2022, 14:53
Avrozonada inflyasiya 30 illik maksimuma çatıb

Ötən ilin dekabr ayında Avrozonanın 19 ölkəsində illik inflyasiya, ilkin hesablamalara görə, 1991-ci ilin avqustundan bu yana rekordu yeniləyərək bir ay əvvəlki 4,9%-dən 5%-ə qədər sürətlənib.

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin (Eurostat) hesabatında bildirilir.

"DailyFX" portalı tərəfindən analitiklər arasında aparılan sorğu inflyasiya dərəcəsinin 4,7%-dək yavaşlayacağını vəd edirdi.

Qeyd edək ki, bir il əvvəl Avrozonada 0,3%-lik deflyasiya qeydə alınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol