Menu

"İğtişaşçılarla heç bir danışıq aparılmayacaq" - Tokayev

08.01.2022, 00:17
"İğtişaşçılarla heç bir danışıq aparılmayacaq" - Tokayev

“2022-ci il yanvarın 2-də mən hökumətə Qazaxıstanda etirazçıların müraciətlərinə operativ reaksiya verməyi və mayeləşdirilmiş qazın qiymətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirməyi tapşırdım. Təəssüf ki, Qazaxıstanın bir sıra regionlarında və Almatıda bu, zorakılıqla qarşılandı. Buna görə də hökuməti istefaya göndərmək qərarına gəldim və komendant saatı tətbiq etdim".

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.

Tokayev bildirib ki, bütün səylərə baxmayaraq, etirazlar iğtişaşlara səbəb olub.

Prezident vurğulayıb ki, iğtişaşçılarla heç bir danışıq aparılmayacaq:"Onların ümumi sayı 20 mindir. Bəzilərinin qazax dilində danışmadığı məlum olub".

“Qazaxıstan xarici diplomatik nümayəndəliklərin, habelə xarici şirkətlərin və investorların şəxsi heyətinin və əmlakının təhlükəsizliyini və mühafizəsini təmin edəcək”, - Tokayev əlavə edib.

Şərhlər

Həsən 2022-01-08 11:14:12

Yavaş yavaş Tokayevin hakimiyyəti üçün ölkəsini rusa satdığı bilinməkdədir. Xainlik, etibarsızlıq zatən bunun sifətindən oxunurdu. Qıpçaq türkü Qazax xalqı bu xəyanəti əsla bagışlamayacagı gün kimi aydındır. Geci tezi var...

Eli 2022-01-08 02:02:26

Bu bedbextin müellimi Putindir,qaniçen,cellad öz milletinin düşmeni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol